SAT hazırlığı

SAT hazırlığı

SAT imtahanı nədir?

SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün götürülən bir imtahan olaraq yaranmış və daha sonra digər ölkələrdə bu imtahandan istifadə etmişlər hal-hazırda isə Azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin prestijli dövlət universitetlərinə qəbul olmaq üçün daha da məhşurlaşmışdır. Azərbaycanda isə TQDK ilk dəfə olaraq 2015 ci ilin yanvar ayının 24 – də imtahan götürmüşdür, bundan öncə isə başqa bir sıra qurumlarda bu imtahanı həyata keçirmişdir. SAT imtahanı vasitəsi ilə Azərbaycanlı tələbələr ADA Universitetinədə qəbul ola bilərlər.

 İndi isə SAT imtahanı nədir, və necə həyata keçirilir bu haqda ətraflı izah edək. İlk öncə  SAT imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür. Bunlar arasındakı fərqləri izah edək.

 

SAT 1 – “Reasoning Test” bu imtahan 3 saat 45 dəqiqə sürən test imtahanıdır. Tələbənin riyaziyyat və məntiqinin yoxlamasından ibarətdir. SAT 1, “Riyaziyyat” (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti) olmaqla 3 hissədən ibarətdir. Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq üçün bu 3 bölmənin hər birindən imtahan verməlisiniz, lakin Türkiyə universitetləri üçün “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayət edir “Writing” bölməsinə gərək yoxdur. Türkiyədə orta səviyyəli bir universitetə qəbul olmaq üçün hər iki bölmədən bir yerdə 1200 baldan yüksək yığmalısınız məsələn İstanbul universiteti 1250 bal tələb edir.

SAT 2 “Subject Test” isə 1 saatlıq bir test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənnlərdən ibarətdir. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədini daşıyır. Yenə SAT 1 – də olduğu kimi SAT 2 imtahanındada həmçinin suallar 200-800 bal arası dəyişir. SAT 2 – də fənnlər İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çin dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz, təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Və yadda saxlayın Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verməklər qəbul ola bilərsiniz, lakin daha prestijli universitetlərə qəbul üçün SAT 2 verməniz vacibdir. Türkiyə universitetlərinə qəbul üçün isə SAT 2 imtahanına gərək yoxdur.

 SAT imtahanı ildə 7 dəfə ortalama hər iki aydan bir keçirilir. İmtahana qeydiyyatı (http://sat.collegeboard.com/) saytına daxil ola bilərsiniz bütün ətraflı məlumatları əldə etmək mümkündür.

SAT imtahanına hazırlaşmaq üçün sizin ingilis diliniz  upper-intermediate (B2) olmalıdır çünki dərsləriniz ancaq ingilis dilində olacaq və imtahana hazırlıq üçün 1-9 ay kifayət edir. SAT imtahanını verən tələbələrimiz Amerika və Türkiyənin tanınmış universitetlərində təhsil alırlar.

SAT imtahan hazırlıq kursu kimlər üçündür?

SAT I imtahanı verməklə siz ABŞ, Azərbaycan, Türkiyyədə yerləşən universitetlərə əlavə yerli imtahan vermədən qəbul ola bilirsiniz. SAT kursuna hazırlıq dərs materialları və Şahdağ kursunun xüsusi test üslubları daxildır. Əlavə dərslər kağz üzərində və onlayn materiallarla SAT imtahan hazırlığını təkminləşdirmək üçün istifadə edilir.

Bu proqram sizin üçündür:

  • Siz ABŞ, Türkiyə və Azərbaycanda oxumaq istəyirsinizsə.
  • Siz ADA Universitetinə SAT imtahan nəticəsi ilə qəbul ola bilərsiniz
  •  
  • Siz tərcümeyi halınızı genişləndirmək və gələcəkdə peşəkar uğur üçün şansınızı artırmaq istəyirsiniz.

 

Kursun müddəti: 1-9 ay davam edə bilər

Sinif həcmi: Fərdi və ya maksimum 5 nəfər

Dərsin müddəti: 60 dəqiqə

Həftə ərzində dərslər: 3 dəfə

 

Sertifikat
Kursun sonunda Şahdağ kursu tərfindən sertifikat dəqdim olunacaqdır ingilis dili biliyinizi təsdiq etmək üçün.

Qiymətləndirmə və tərəqqi
Şəxsi öyrənmək planları ilə həftəlik, aylıq, zəif və güzlü tərəfləriniz test edərk müəyyən edə biləcəksiniz.

Tədris proqramı
Hər səviyyədə xüsusi bacarıqları əhatə edən danışan və dinləmə, qramatika, lüğət və tələffüzün yaxşılaşdırılması üçün inteqrasiya edilmiş tədris proqramı.

Tədris metodikası
Dərsləri maraqlı etmək üçün İnteraktiv tədris metodologiyasından istifadə olunaraq dərsləri maraqlı edərək ingilis dilini həyatınıza daxil etmək.

 

Resurs və dərs materialları
Sizin ingilis dilini öyrənməyiniz üçün son dərəcə bütün dərs ləvazimatları ilə təmin edilisinz. Boş vaxtlarınızda Şahdağ kursunda ingilis dilinizi təkminləşdirmək üçün cinema room-da alt yazılı ingilis dilində filmləri izləyə bilərsiniz.