HAQQINDA

“Şahdağ Kursları”   təhsil və tədris sahəsində ən son standartlara uyğun fəaliyyət göstərəcək bir hazırlıq müəssisəsidir.

Kursumuz 2010-cu ildən etibarən fəaliyyətə başlamışdır. Əsas məqsədimiz Azərbaycanda (ilk öncə Bakıda) muasir standartlara cavab verən hazırlıq mərkəzinin qurulmasıdır. Bu mərkəz məktəbəqədər hazırlıqdan tutmuş bütün yaş qrupları üzrə hazrılıqları özündə birləşdirən kompleks tədris müəssisəsidir.

Dünya və Avropa təcrübəsindən yararlanaraq Azərbaycan təhsilində  yüksək nailiyyətlər əldə etmək əsas prioritet məsələlərimizdən biridir.  Mərkəzimizdə dərs deyən müəllim və idarə kollektivi təcrübəli və öz sahəsində peşəkar şəxslərdir.

Mərkəzimizdə sizlər üçün hər cür şərait qurulmuşdur. Bütün dərs otaqlarında kamera, elektron lövhə quraşdırılmış və dərslərin tam keyfiyyəti üçün hər cür şərait yaradılmışdır. Eyni zamanda mərkəzimizdə istirahət otağı, etüd otağı (dərs çalışma otağı), kitabxana, bufet  və Wi-Fi sistemi də mövcuddur. Gəliş gedişinizi asanlaşdırmaq üçün servis xidmətimizdən də yararlana biləcəksiniz.