MS Office Kursu
Kurs haqqında:  MS Office proqramlarını bilmək müasir biznes mühitinin tələblərindən biridir. Şahdağ kursu sizə MS Office paketinə daxil olan üç proqramın (MS Word, MS Excel, MS Power Point) qısa müddətdə tədrisini təklif edir. Təlim dövrü ərzində Siz bu proqramların iş həyatında istifadə olunan ən əsas imkanlarını öyrənəcək və öyrəndiklərinizi praktiki olaraq tətbiq edəcəksiniz. Təlim çərçivəsində MS Excel proqramının tədrisinə 12 saat, MS Word və MS Power Point proqramlarının hər birinin tədrisinə isə 6 saat vaxt ayrılmışdır.
 
Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara sertifikat təqdim olunacaq.
 
Kursun dili: Azərbaycan
 
Kursun müddəti: Dərslər 3 ay (24 saat) çərçivəsində həftədə 2  dəfə keçirilir. Hər dərsin müddəti 1 saatdır.
 
Kursun qiyməti:
 
18:00-a qədər qrup şəklində – 50 AZN (tələbələr üçün  40 AZN)
18:00-dan sonra qrup şəklində - 60 AZN
Fərdi şəkildə – 100 AZN
 
Kursun təlimçiləri:
 
Zaur İsmayılov
Rəşad İslamov
Word Kursu

Kurs haqqında:  MS Office proqramlarını bilmək müasir biznes mühitinin tələblərindən biridir. Şahdağ kursu sizə Word proqramının peşəkar tədrisini təklif edir. Təlim dövrü ərzində Siz bu proqramın bütün imkanlarını öyrənəcək və öyrəndiklərinizi praktiki olaraq tətbiq edəcəksiniz. Təlim müddətində işgüzar məktubların, sənədlərin, hesabatların, broşuraların və s. tərtibində qısa qeydlərdən tutmuş mürəkkəb yazılara qədər bütün incəliklər tədris ediləcək.  Tədris təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Kursun dili: Azərbaycan

Kursun müddəti: Dərslər 1 ay (16 Saat) çərçivəsində həftədə 2  dəfə keçirilir. Hər dərsin müddəti 2 saatdır.

Kursun qiyməti: 100 AZN (yalnız fərdi tədris olunur)

Kursun təlimçiləri:

Zaur İsmayılov

Rəşad İslamov
Power Point Kursu

Kurs haqqında:  MS Office proqramlarını bilmək müasir biznes mühitinin tələblərindən biridir. Biznes mühitində hər gün qarşılaşdığımız təlimlər, seminarlar və mühazirələrin effektivliyi həm də təqdimatların keyfiyyətindən asılıdır. Bunu nəzər alaraq Şahdağ kursu sizə Power Point proqramının peşəkar tədrisini təklif edir. Siz həm metodiki, həm də praktiki biliklər cəhətdən təcrübəli mütəxəssislərdən dərs alacaq, öyrənilən mövzuları praktiki şəkildə tətbiq edərək biliklərinizi möhkəmləndirmək imkanı əldə edəcəksiniz.

Tədris müddətində Power Pointin bütün menyuları praktiki nümunələr üzərində izah ediləcəkdir. Biz hər kəsə fərdi yanaşma nəticəsində mövzuları dərindən mənimsəyəcəyinizə və qazanılmış bilikləri praktiki şəkildə tətbiq edə biləcəyinizə zəmanət veririk.

Sertifikat: Tədrisin sonunda imtahan nəticələrinə əsaslanaraq iştirakçılara 3 istiqamətdə (dinləyici, müvəffəqiyyət, fərqlənmə) sertifikat təqdim olunacaq.

Kursun dili: Azərbaycan

Kursun müddəti: Dərslər 1 ay (16 saat) çərçivəsində həftədə 2  dəfə keçirilir. Hər dərsin müddəti 2 saatdır.

Kursun qiyməti: 100 AZN (yalnız fərdi tədris olunur)

Kursun təlimçisi:

Zaur İsmayılov