1C proqramı istehsal, ticarət, xidmət, tikinti və s. sahələrdə fəaliyyət göstərən müəssisə və təşkilatlarda geniş istifadə edilir. 1C mühasibatlıq proqramında ilkin sənədlərdən maliyyə hesabatlarının hazırlanmasınadək bütün əməliyyatları qeyd etmək mümkündür.

Proqramın geniş şəkildə istifadə edildiyini nəzərə alaraq Şahdağ kursu 1C 8.3 UPP (istehsal müəssisələrinin idarə edilməsi modulu) dərs proqramını təqdim edir.

Peşəkarlığını artırmaq istəyən mühasibləri və mühasibatlıq üzrə yeni fəaliyyətə başlamaq istəyənləri 1C Mühasibatlıq proqramını (7.7, 8.2 və 8.3 versiyaları) və 1C Ticarət Anbarı proqramını (7.7 versiyası) 10 ildən artıq mühasib təcrübəsi olan təcrübəli müəllimlərimizdən öyrənməyə dəvət edirik.

 

“1C Mühasibatlıq” proqramının tədrisi istəyə uyğun olaraq həm yeni, həm də köhnə hesablar planı ilə tədris olunur.

 

Müəllimlərimiz peşəkar mühasiblər, maliyyə menecerləri və sərbəst mühasiblik fəaliyyəti göstərən mütəxəssislərdir. Dərslərimizin yüksək səviyyədə tədris olunduğuna əmin olmağınız üçün faktiki dərslərimizin hər hansı birində ödənişsiz şəkildə iştirak edib daha sonra qərar verə bilərsiniz.

 

Dərslərimiz fərdi və kiçik qruplarda olmaqla tədris olunur.

 

1C Mühasibatlıq kursunun qısa tədris planı:

- Bazanın yaradılması

- Şirkətin əsas məlumatları (Filialların, Şöbələrin, Fiziki şəxslərin və digər dəyişikliklərin ələvə olunması).

- Əməkdaşlıq etdiklərimiz, debitor və kreditorlar, alıcılar və malsatanların yığılması və s.

- Malların, materialların, məhsulların, əsas vəsaitlərin, əlavə edilməsi.

- Anbarların ələvə edilməsi.

- Bank əməliyyatları. Bank çıxarışlarının yazılması.

- Hesablaşma hesabına mədaxil olunanları və  hesablaşma hesabından məxaric olunanları qeyd etmək. Ödəniş tapşırığının yazılması.

- Pul vahidlərinin əlavə edilməsi, Kassa əməliyyatlarının uçotu. Mədaxil və məxaric orderlerinin yazılması.

- Avans hesabatı, Təhtəl şəxslərlə aparılan hesabatların yığılması.

- Malların, materialların malsatanlardan mədaxil olunması, geri qaytarılması, satılması.

- İnventarlarımızın uçota salınması və silinməsi

- İstehsal edilən məhsulların uçotu.

- Əsas vəsaitlərin uçotu

- Qeyri maddi aktivlər

- Əmrlərin verilməsi, Kadr uçotu - Əmək haqqıların hesablanması və ödənilməsi.

- Dövriyyə cədvəlinə, hər bir hesab üzrə əməliyyatlara baxmaq, hesabları analiz etmək və s.

Copyright © 2024  All rights reserved