"Pi" SAYI

“Pi” sayı

Qədim sivilizasiyalar “pi” sayını neçə almışlar?
E.ə. 2000-ci illərdə Babillilər π = 3,125; Qədim Misirlilər isə π = 256/81 yəni təxminən 3,1605 ‘i istifadə etməkdə idi. Qədim Yunanıstanda √10 ya da 3,162 ədədi istifadə edilirdi.
Arximed isə (e.ə. 287- 212) 3.10 / 71 və 3.1 / 7 ° “Pi” sayı olaraq istifadə etmişdir. E.ə. 500-ci illərdə “Pi” ədədi üçün 3, 1415929 olaraq istifadə edilirdi. 1424-ci ildə İranda vergüldən sonrakı 16 ədəd doğru olaraq bilinirdi.
 
1596-ci ildə Alman Ludolf Van Seylen (Ludolph van Ceulen) “Pi”nin vergüldən sonrakı 20 pilləsini hesabladı və bu rəqəm Avropa da Ludolf sabiti olaraq bilindi. O tarixdən sonra “Pi” sayının vergüldən sonrakı milyardlarla rəqəm hesablanmışdır.


Pi sayının neçə pilləsini bilirsiniz?
“Pi”nin rəqəmlərini əzbərləmək də çox adamın marağını çəkmişdir. Bu mövzudakı rekord “Pi”nin ilk 67.890 rəqəmini əzbərləmiş olan Lu Çao adındakı bir Çinliyə aiddir. Ginnessin Dünya rekordu olaraq qeydə keçən bu hadisə 24 saat 4 dəqiqə davam etmişdir. 2006-ci ildə Akira Haraquçi adında bir Yapon “Pi”nin 100.000 rəqəmini əzbərlədiyini söyləmişsə də, bu rəsmi olaraq izlənilib bir rekord olaraq qeydə keçməmişdir.