KİTABLA, DÜNYAYA BAXIŞINIZ DƏYİŞSİN.

Kitabla,dünyaya baxışınız dəyişsin.

1970-ci illərdə Çinin Hunan şəhərində iki il müddətində gimnastika ilə məşğul olmuşdum. Birinci sinifdə oxuyanda atletika məktəbinə köçürülməyim üçün bütün xərclərin dövlət tərəfindən ödənəcəyi təklifini aldım. Ancaq aslan anam “Yox” dedi. Valideynlərim mənim də onlar kimi mühəndis olmağımı istəyirdilər. Mədəni İnqilabdan sonra yaranan bir inam idi ki, yaxşı gəlirli və təhlükəsiz iş xoşbəxtliyə gedən tək yoldur. İşimi sevib-sevməməyim elə də vacib deyil.

 

Lakin mənim arzum Çin opera müğənnisi olmaq idi. Bu şəkildə xəyali pianinomu çalıram. Opera müğənnisi olmaq üçün gənc yaşlardan akrobatika ilə məşğul olmaq lazımdır. Mən də opera məktəbinə gedə bilmək üçün əlimdən gələni etdim. Hətta məktəb müdirimizə radio şou hazırlaması üçün məktub da yazdım. Ancaq böyüklər mənim fikrimi bəyənmədilər. Ciddi olduğuma heç kəs inanmadı. Ancaq dostlarım mənə dəstək olurdu ki, onlar da mənim kimi gücsüz uşaqlar idilər. Beləliklə, 15 yaşıma çatanda məşq etmək üçün gec olduğunu başa düşdüm. Arzum heç vaxt reallaşası deyildi. Həyatımın sonuna kimi ikinci sinif xoşbəxtliyin əldə edəcəyim tək xoşbəxtlik olacağından qorxurdum.

 

Ancaq bu ədalətsizlik idi. Başqa bir yol tapmağa qərar vermişdim. Mənə yol göstərəcək heç kəs yoxdur? Eybi yox. Kitablara müraciət etdim.

 

Valideyn məsləhətini əvəz etmək üçün musiqiçi ailəsi tərəfindən yazılan bu kitaba müraciət etdim. [“Fou Lei ailəsinin yazışmaları.”]

 

Konfutsi ənənəsi qadından mütilik tələb etsə də azad qadın modelini bu əsərdən götürdüm. [“Jen Eyr.”]

 

Bu kitabdan bacarıqlı olmağı öyrəndim.[ “Düjünü daha ucuz” əsl adı: “Cheaper by the Dozen”]

 

Bu kitablar məni xaricdə oxumağa həvəsləndirdi.  [“Sanmao-nın əsərləri toplusu” (digər adı Echo Chan)] [“Tarixdən çıxarılan dərslər” yazıçı: Nan Huaijin]

 

1995-ci ildə ABŞ-a gəldikdə ilk hansı kitabları oxudum? Əlbəttə ki, Çində qadağan olunmuş kitabları. “Bərəkətli Torpaq” çinli kəndli həyatı haqdadır. Propaqanda üçün heç bir faydası yoxdur. Başa düşürəm. Bibliya maraqlıdır, bir az da qəribə. (Gülüş) Bu başqa günün mövzusudur. Ancaq beşinci ehkam mənə aydınlıq gətirdi. Ehkamda “Ata və anana hörmət edəcəksən.” deyilir. Fikirləşdim ki, “Hörmət” ” İtaətdən fərqli və daha yaxşıdr.” Bu yolla mən Konfutsiçilikdəki günahkarlıq hissindən qurtulub valideynlərimlə münasibətimi yenidən qurmağıma şans qazandım.

 

Yeni mədəniyyətlə üzləşməyim mənə oxuduqlarımı müqayisə etmək imkanı da verdi. Bu sizə çox şey öyrədə bilər. Məsələn, bu xəritə ilk başda mənə qəribə göründü, çünki Çində biz bu xəritəni öyrənərək böyüyürük. Heç vaxt fikirləşməmişdim ki, Çinin dünyanın mərkəzində olmağı şərt deyil. Əslində, xəritə dünyaya baxışı göstərir. Müqayisəli mütailə yeni bir şey deyil. Bu elm dünyasında standart bir praktikadır. Hətta, burada müqayisəli din və müqayisəli ədəbiyyat kimi elm sahələri də var.

 

Müqayisə və qarşılaşdırma alimlərə mövzunun tam anlaşılmasında kömək edir. Mən də fikirləşdim ki, müqayisəli mütailə tədqiqat üçün işə yarayırsa, niyə də gündəlik həyatda yaramasın? Beləliklə, kitabları cütlüklər halında oxumağa başladım. Deyək ki, eyni hadisədə iştirak etmiş insanlar [“Benjamin Franklin” yazıcı: Walter Isaacson][“John Adams” yazıçı: David McCullough] və yaxud eyni əhavalatın hissəsi olmuş dostlar haqda olsun. [“Şəxsi Tarix” yazıçı: Katharine Graham] [“Qartopu: Warren Buffett və Həyat adlı İş” yazıçı: Alice Schroeder] Mən bir hekayəni bir neçə janrda müqayisəli oxumağı da sevirəm- [Müqəddəs Bibliya: Kral James Versiyası] [“Qoyun” yazıçı: Christopher Moore] Yaxud Joseph Campbell-in öz gözəl əsərində etdiyi kimi eyni hekayələrin müxtəlif mədəniyyətlədə təsviri.[“Mifin Gücü” yazıçı: Joseph Campbell] Misal üçün; İsa peyğəmbər və Budda hər ikisi 3 cazibədən boyun qaçırmışdılar. İsa peyğəmbər üçün bunlar iqtisadi, siyasi və ruhi idi. Budda üçün maraqlıdır ki, bunlar hamısı psixoloji idi: ehtiras, qorxu və sosial öhdəlik.

 

Xarici dil bilirsinizsə sevdiyiniz kitabları iki dildə oxumaq da maraqlıdır. [“Chuang Tzu Yolu” yazıçı: Thomas Merton][“Tao: Su axarı” yazıçı: Alan Watts] Tərcümədə mənanın itməsini deyil, başqa maraqlı faktları aşkar etdim. Məsələn, tərcümələrin köməyi ilə başa düşdüm ki, Çin dilində xoşbəxtlik hərfi mənada “sürətli sevinc” deməkdir. Çin dilində gəlin sözü “yeni ana” kimi ifadə edilir. Bəli!

 

Kitablar keçmiş və indiki zamandakı insanlarla əlaqə saxlaya bildiyim sehrli portal rolunu oynayır. Bir daha heç vaxt yalnız yaxud gücsüz olmayacağımı bilirəm. Arzunuzun reallaşmaması digər insanların çətinlikləri ilə müqayisədə heçnədir. İnanmağa başlamışam ki, arzunun tək məqsədi reallaşmaq deyil. Arzunun əsas məqsədi arzuların, həvəsin və xoşbəxtliyin yarandığı nöqtə ilə əlaqə saxlamağımızı təmin etməsidir. Reallaşmamış arzu da bunu etməyə qadirdir.

 

Kitablara görədir ki, bu gün mən xoşbəxtəm. Və çox vaxt da aydın bir məqsədlə yaşayıram. Sizə də “Kitablar həmişə sizinlə olsun!” deyirəm.